Apple Pay və Google Pay vasitəsi ilə aparılan ödənişlərə görə keşbek, əməliyyatın təsdiqi (silinməsi) gəldikdən sonra əks olunacaq. Standart olaraq təsdiq prosesin icrasına 3 gün tələb olunur, amma nadir hallarda 35 günədək tələb oluna bilər.
Ay ərzində (cari ayın 5-dən növbəti ayın 5-dək olmaqla) Mobile Bankinq vasitəsi ilə müştəri “Yaşıl” və “Miles” paketləri arasında istənilən istiqamətdə, istənilən sayda opsiyanı dəyişə bilər. Ay ərzində edilən tarif paketi dəyişiklikləri növbəti aydan qüvvəyə minir. Qeyd edilən paketlər arasında ilk dəfə dəyişiklik edilən zaman tarif paketi dəyişiklikləri dərhal qüvvəyə minir. Kartlar müştərilərə ilkin olaraq “Yaşıl” tarif paketi ilə təqdim edilir.
- Kartı istifadə etdiyi müddətdə 1-ci dəfə pulsuz dəyişib seçim etmə imkanı.
- Hər növbəti dəfəyə görə 4,99 manat komissiya tətbiq edilir. (Ay ərzində tarif paketinin dəyişmə sayından asılı olmayaraq xidmət haqqı bir dəfə tutulur. Cari ayın əvvəlinə mövcud olan tarif paketi ilə növbəti aya keçid zamanı olan tarif paketi eyni qaldığı halda ay ərzində tarif dəyişikliyinə görə tutulan komissiya haqqı müştəriyə qaytarılır, 1-ci dəfə pulsuz dəyişmə imkanı limitindən istifadə edildikdə bərpa edilir. Hesabda kifayət qədər vəsait olmadıqda opsiyanın dəyişdirilməsi mümkün olmur)
- Növbəti ay üzrə keşbek dövrü müştərinin təqvim ayına son aktiv olan opsiya (“Yaşıl” və ya “Miles”) ilə davam edir.
- Ay (cari ayın 5-dən növbəti ayın 5-dək olmaqla) ərzində dəyişmə yalnız növbəti dövrə aid olur.
- Keşbek bonusları ayın son iş günü hesablanaraq, istənilən halda növbəti ayın 5-dən gec olmamaq şərtilə müştərinin bonus hesabına otuzdurulacaq.
- Ay ərzində (cari ayın 5-dən növbəti ayın 5-dək olmaqla) Mobile Bankinq vasitəsi ilə müştəri "Yaşıl" paketindən “Miles” paketinə keçid aldıqda, qazanılan ballar AZN kart hesabına məbləğ olaraq avtomatik köçürülür.
- Ay ərzində “Miles” paketindən "Yaşıl" paketinə keçid aldıqda, qazanılan ballar (millər) “aviabilet”, “otel” və “rent a car” ödənişi edilərək dəyişilməlidir. Qazanılan ballar (millər) dəyişdirilmədiyi halda 1/50 nisbətində keçid olunan keşbek paketinə transfer edilir. “Miles” paketindən "Yaşıl" paketinə keçid alınan zaman qazanılmış millərin transferi zamanı, aylar üzrə ayrılıqda 5000 mil üzərində qazanılmış bonuslar (yalnız bankın təqdim etdiyi) ləğv edilir. "Keşbek" paketindən “Miles” paketinə və əksinə keçid olan zaman, keçid olunacaq keşbek paketi qüvvəyə minənədək hesablanacaq və qalıq olaraq qalan ballar (millər) yuxarıda qeyd olunan hesablamaya əsasən yeni keşbek paketinə transfer edilir. Keşbek paketləri istifadəsi zamanı ay ərzində istifadə edilməmiş ballar (millər) yaxud istifadə edildikdən sonra qalıq olaraq qalan ballar (millər) növbəti aylara keçirilir.
- Kartın müddəti bitdikdə, paketlər üzrə hesablanmış ballar (millər) kart müddəti uzadılmadıqda ləğv edilir.
- Ödənişlər zamanı əldə edilən ballar (millər) ödənişin geri qaytarılması əməliyyatı həyata keçirilən zaman ləğv edilir.
- “Miles” paketi istifadəsi zamanı bankın partnyor şəbəkələri ilə əldə edilmiş razılığa əsasən təyin edilmiş cashback faiz dərəcələri əsasında toplanılan ballar 50 misli həcmində hesablanılır.
- “Miles” paketi üzrə qazanılmış millər yığılmağa başladığı tarixindən 24 ay müddətində qüvvədədir.
- “Miles” paketi üzrə müvafiq xərcləmələr (aviabilet, otel və rent a car ödənişi) aparıldıqdan 30 gün müddətinə xərclənilən vəsaiti MİLLƏRƏ dəyişmək mümkündür.
- Milləri hər hansı ödəniş vasitəsinə (aviabilet, otel və rent a car ödənişi) dəyişmək üçün hesablama forması: 1AZN=50 MİL
- “Miles” paketinə keçid alındığı tarixdən ilk üç ay ərzində üç aydan yalnız biri üzrə 3000 AZN dövriyyə edilərsə müştəriyə 1500 mil hədiyyə edilir. “Miles” paketinin istifadəsi zamanı hədiyyə olaraq qazanılmış 1500 mil, qazanıldığı tarixdən etibarən 12 ay tamam olmadan “Miles” paketindən "Yaşıl" paketinə keçid edilən zaman müştərinin mil hesabındakı qalığından tam və ya qismən silinir. Müştərinin mil qalığında kifayət qədər mil olmadıqda, müştəridən əlavə haqq ve komissiya tutulmur.
- 01.05.2022-ci il tarixdən etibarən mövcud və yeni AZN valyutası ilə əldə edilmiş 2 və daha artıq sayda MC World/Visa Rewards (debit və ya kredit) və ya Master Card Black/Visa İnfinite (debit və ya kredit) plastik kartlarına keşbek hesabalanmayacaq.
- 01.05.2022-ci il tarixindən etibarən 2 və daha artıq sayda MC World/Visa Rewards (debit və ya kredit) və ya 2 və daha artıq sayda Master Card Black/Visa İnfinite (debit və ya kredit) plastik kartlarına keşbek hesabalanması müştəri seçiminə əsasən müəyyən etdiyi yalnız 1 (bir) karta hesablanacaq (Bu qayda mövcud olan və yeni AZN valyutası ilə əldə edilmiş kartlara aid edilir).
- Ay ərzində (cari ayın 1-dən 31-dək olmaqla) Filial vasitəsi ilə müştərinin seçiminə əsasən bir kartdan digər kartlar arasında bir dəfə keşbek hesabalanmasını dəyişə bilər. Ay ərzində edilən dəyişikliklər növbəti aydan qüvvəyə minir.